Deputatlarımız QDİƏT PM-nın tədbirinə qatılacaqlar
16 Dekabr 2013 12:03 SiyasətMilli Məclisin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Musa Quliyev, Mübariz Qurbanlı və Ayaz Orucov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün dekabrın 16-dan 20-dək Gürcüstana səfər edəcəklər. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, paytaxt Tbilisi şəhərində keçiriləcək toplantıda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda kənd təsərrüfatının inkişafı, qlobal iqlim dəyişkənliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari məsələlər müzakirə ediləcək. Qurumda nümayəndə heyətimizin başçısı, QDİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyevin "Qara Dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri" mövzusunda çıxışı nəzərdə tutulur.