“Türkiyə Azərbaycana görə sərhədlərini Ermənistana açmayacaq”
13 Dekabr 2013 11:49 Siyasət"İndiki vəziyyətdə Türkiyə sərhədlərini Ermənistana açmayacaq" - Ermənistan parlamentinin sədr müavini Edvard Şarmazanov yerli mətbuata açıqlamasında belə deyib. Şarmazanov bildirib ki, Dağlıq Qarabağla bağlı mövcud status-kvo dəyişmədiyi üçün Ermənistan blokada vəziyyətində qalıb: "Bunu mütləq şəkildə aradan götürmək lazımdır. Türkiyə Dağlıq Qarabağla bağlı Azərbaycanın lehinə olan mövqeyindən geri çəkilsə, sərhədlərin açılması mümkün olacaq. Hələlik isə Türkiyənin belə bir addım atacağı inandırıcı deyil. Türkiyə Azərbaycana görə sərhədlərini Ermənistana bağlayıb". ("OLAYLAR İA")
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00