Qaradağda da anım tədbirləri keçirilib

Bu gün Qaradag rayonunda İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirilib. Rayonun bütün qəsəbələrində təşkil olunmuş tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məsul işçiləri, ağsaqqallar, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirlərdə çıxış edənlər Heydər Əliyevin həyat yoluna nəzər salıblar, müstəqil Azərbaycanın onun rəhbərliyi ilə tarixi bir yol qət etdiyini, zamanın çətin sınaqlarından şərəflə çıxıb, sabit, davamlı inkişaf yolunu müəyyənləşdirdiyini deyiblər. Sonra ehsan süfrələri açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00