Ulu öndər Heydər Əliyev İstanbulda da anıldı

İstanbulda ümumimilli lider Heydər Əliyevin vəfatının 10-cu ildönümü yad edilib. "OLAYLAR"ın Türkiyə bürosunun verdiyi məlumata görə, ulu öndərin abidəsinin ucaldığı meydanda izdihamlı mərasim keçirilib. Mərasimdə çoxlu sayda siaysi xadim, millət vəkili, işadamları elm və incəsənət xadimləri, İstanbuldakı Azərbaycanlı İcmasının nümayəndələri və yerli vətəndaşlar iştirak ediblər. Mərasimin açılış nitqini Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov edib. Millət vəkili Eldar İbrahimov, Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin rəhbəri Səfər Qaraqoyunlu, professor Adil Allahverdiyev və digəriləri çıxış edərək ümumimilli lider Heydər Əliyevin Azərbaycan və Türk dünyası üçün xidmətlərindən danışıblar. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00