Ukrayna müharibəsinin həlli üçün NATO şərti: Razılaşma mümkündürmü?- ÖZƏL
17:09 SiyasətEkvadorun ABŞ və Fransadakı keçmiş səfiri, BMT baş katibliyinə namizəd İvon Baki Ukrayna böhranının həlli üçün Ukraynanın NATO-ya üzv olmaması ilə bağlı razılaşma əldə edilməsini təklif edib. O, Rusiya və Ukraynanın BMT çərçivəsində danışıqlar aparmasının vacibliyini bildirib. Təklif Rusiya ilə Qərb arasındakı qarşıdurmanın davam etdiyi bir vaxtda səslənib.
Ukraynanın NATO-ya üzv olmaması qarşılığında razılaşma əldə edilməsi müharibənin həlli üçün real variant sayıla bilərmi?
Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
"Nəzərə alsaq ki, müharibənin başlanma nöqtəsi məhz Ukraynanın NATO-ya və Avropa İttifaqına üzvlüyü məsələsidir və Rusiyanın buna mane olmaq cəhdləridir. Ona görə də qarşıdurma gedir. Ukrayna üzərində geosiyasi olaraq, məsələn, Qərb-Rusiya müharibəsi gedir və burada Rusiya və Qərb Ukrayna üzərində hakimiyyətli olmağa çalışır və Ukraynadan öz maraqları üçün istifadə etməyə çalışır.
Və burada, əslində, sonda mübarizədir ki, belə olan halda, Ukraynanın NATO-ya girməsi ilə bağlı öhdəlik götürməsi, məsələn, sakitləşdirə bilərmi? Bəlkə də, əvvəllər bu mümkün ola bilərdi. Ancaq indiki halda bu çətin görünür ki, praktik olaraq da, əvvəla, xatırlasaq, Avropa İttifaqı və Qərb Ukraynanı məcbur edir ki, Ukrayna, məsələn, Avropa İttifaqı ilə bağlı razılaşma imzalansın və NATO-ya ilə bağlı irəliləyişə gedilsin. Birincisi, onlar Ukraynaya icazə verməyəcəklər.
İkincisi, Ukrayna hakimiyyəti öz siyasətinin Avropa İttifaqı ilə NATO-ya üzvlük kimi elan edə bilər.
Eyni zamanda, faktiki olaraq, deyək ki, onun qərbyönlü dəstəkçiləri buna dəstək verməyə bilərlər. Başqa bir tərəfdən isə, belə bir öhdəliyin nə qədər inandırıcı olması məsələsi də var. Məsələn, Zelenski çıxıb desə ki, biz ukraynalılar olaraq öhdəlik götürürük ki, biz NATO-ya inteqrasiya olmayacağıq, NATO-ya üzv olmayacağıq.
Rusiya buna inanacaqmı? Rusiya dayanacaqmı? Ukrayna özünü təhlükəsiz edəcəkmi? Yəni ki, halda artıq keçmiş üçün necə ola bilər. Həm də bunu düşünmək lazımdır. Həm bəlkə elə bir mexanizm, həm də zamanında bilər ki, həm Ukraynanın müstəmləkəçi olması, həm də eyni zamanda həm NATO-ya üzv olmaması üçün öhdəlik tapıla bilər və elə olan halda da sülh şərtləri ilə bağlı ortaq nöqtələr tapılmalıdır ki, hansı sərhəd kimdə qalacaq, hansı sərhəd ki, hansı sərhəd qalarsa sülh ola bilər.
Düşünürəm ki, Ukraynada sülh etmək çox çətindir və necə ki, təşkilatlar belə səsləndirilir, necə ki, təşkilatlar müharibənin başlanmasına, münaqişənin başlanmasına, tərəflər olurlar. İndiki dövrdə də təşkilatların bu çağırışları effektsizdir.
Zeynəb Mustafazadə