Azərbaycanla Türkmənistan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Prezident İlham Əliyev "Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Fərmanla 2026-cı il iyunun 22-də Bakı şəhərində imzalanmış "Аzərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31