Yardımlıda Ulu Öndərin irsinin təbliğinə həsr olunmuş səyyar sərgi keçirilib- ÖZƏL

Avqustun 21-də Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Ərus kənd tam orta məktəbinin dəstəyi ilə ulu öndər Heydər Əliyevin zəngin irsinin tanıdılması və ictimaiyyət arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi məqsədilə səyyar sərgi təşkil olunub."Olaylar" xəbər verir ki, sərgidə Ümummilli Liderin ömür yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini və müxtəlif illəri əhatə edən tarixi fotolar nümayiş etdirilib. Tədbir iştirakçıları fotostendlərlə yaxından tanış olaraq dahi rəhbərin Azərbaycanın tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlər barədə məlumatlandırılıblar. 

Sonda mərkəz tərəfindən şəhid atası Ədalət Qarayevə xatirə albomu təqdim olunub, həmçinin sərgiyə göstərdiyi dəstəyə və tərəfdaşlığa görə məktəbin direktoruna təşəkkürnamə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31