Tarixi və dini abidələrin bərpası dövlətin milli-mədəni irsə  münasibətinin nümunəsidir- ÖZƏL

21 avqust  2026-cı il tarixdə Cəbrayıl Rayonunun Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən rayon İcra Hakimiyyətinin qərargahında "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Milli memarlıq irsimiz: tarixdən gələcəyə" mövzusunda tədbir keçirilib. İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Çıxış edən Azərbaycanın zəngin tarixi-memarlıq irsinin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən memarlıq irsinin mühafizəsinə xüsusi diqqət yetirilib. Bu siyasət bu gün də uğurla davam etdirilərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, tarixi və dini abidələrin bərpası dövlətin milli-mədəni irsə həssas münasibətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Həmçinin bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində tarixi və dini abidələrin bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu təşəbbüslər milli memarlıq irsinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31