Azərbaycan terrorizmin bütün formalarını qətiyyətlə pisləyir- ÖZƏL

"Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.

Ermənistanın etnik nifrət zəminində həyata keçirdiyi terror siyasətindən uzun müddət əziyyət çəkərək çoxsaylı insan tələfatları vermiş bir ölkənin  Vətəndaşı olaraq, terrorizmin bütün formalarını qətiyyətlə pisləyir, terror qurbanlarının xatirəsini ehtiramla yad edir və dünya ictimaiyyətini terrorizmə qarşı birgə mübarizədə fəal olmağa çağırırıq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31