“Məkkə ittifaqı”na daha bir ölkə QOŞULUR
15:25 SiyasətSuriya Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanmış müdafiə sazişinə qoşulmaq imkanını nəzərdən keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib.
Onun sözlərinə görə, Dəməşq Məkkədə imzalanmış üçtərəfli Birgə Müdafiə Sazişinə qoşulmaqla bağlı mövcud variantları araşdırır. Lakin bununla bağlı hələ yekun qərar qəbul edilməyib.
"Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin regionda çox mühüm ölkələr olduğunu anlayırıq. Təbii ki, mövcud variantları nəzərdən keçiririk", - deyə əl-Şeybani bildirib.
Nazir əlavə edib ki, hazırda Suriyanın bu ittifaqa qoşulub-qoşulmayacağı ilə bağlı qərarı yoxdur.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Məkkədə Birgə Müdafiə Sazişi imzalayıb. Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək.