Braziliya Ukraynada sülh səylərini davam etdirəcək-ÖZƏL

Braziliya Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylərini davam etdirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luis İnasio Lula da Silvanın müttəfiqi və hakim İşçi Partiyasının baş ideoloqu Xose Dirseu TASS-a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Lula da Silva münaqişənin ilk günlərindən Moskva, Pekin və Kiyevlə dialoq aparır. Dirseu qeyd edib ki, prezident xarici işlər naziri Mauro Vieyra ilə birlikdə sülh üçün konkret diplomatik formul üzərində işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31