“Ukraynadakı gərginlik Belorusa keçəcək” - RƏY

Elçin Mirzəbəyli: “Qeyd edilən faktorların Belorusda antiRusiya əhval-ruhiyyəsini yaratması mümkündür”

Politoloq Zbiqnev Bjezinski Amerika mətbuatına açıqlamasında bildirib ki, Ukraynadan sonra Belorusda irimiqyaslı xalq hərəkatı başlanacaq. Məsələyə münasibət bildirən BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəylinin sözlərinə görə, "Ukraynadan sonra Belorusda vəziyyətin qarışması mümkündür. Ukrayna müxalifətindən fərqli olaraq, belorus müxalifəti çox zəifdir. E.Mirzəbəyli bildirdi ki, xalqın özü də lazım gəldiyindən artıq loyal xarakteri malik olduğu üçün Belorusda bu tip proseslərin yaxın gələcəkdə baş verəcəyi inandırıcı deyil. Amma bu ölkədə ictimai-siyasi proseslərin aktivləşməsi istiqamətində müəyyən addımlar atıla bilər. Ukraynadakı vəziyyətlə Belorusdakı situasiyanın kökündən fərqləndiyini deyən E.Mirzəbəyli hesab edir ki, Ukraynadan fərqli olaraq Belorus hakimiyyəti daha sabitdir. Lakin son zamanlarda Belorus iqtisadiyyatında çox ciddi problemlər ortaya çıxıb: "Yaxın dönəmə kimi Belorus Sovet dönəmindən qalma idarəçilik sistemilə bir çox müəssisələr idarə olunurdu. Bir çox kolxoz və sovxozlar saxlanılırdı. Həmin dövrdən qalma bir sıra istehsal sahələri var idi ki, onlar dövlətin nəzarətində idilər. İndi onların özəlləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Proseslərin hamsı Rusiya şirkətləri tərəfindən həyata keçirilir. Rusiya Ermənistanda olduğu kimi Belorusda da aparıcı istehsal sahələrinə yiyələnmək niyyətindədir. Bu faktor cəmiyyət arasında müəyyən qıcıq yarada bilər. Qeyd edilən faktorların Belorusda anti-Rusiya əhval-ruhiyyəsini yaratması mümkündür. Amma Ukraynadan fərqli olaraq Belorusda Rusiyaya qarşı ifrat dərəcədə nifrət yoxdur. Tarix ərzində Rusiya tərəfindən Ukraynaya həyata keçirilən radikal planlar Belorusa qarşı olmayıb. "Qaladamor" faciəsi Rusiya tərəfindən Ukraynaya edilən ən böyük qanlı hadisədir. Lakin heç vaxt Rusiya Belorusa qarşı belə bir addım atmayıb. Amma birmənalı şəkildə Ukraynada baş verən hadisələr Belorusiyaya təsir edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00