Ölkəmizə qarşı təhdidlər heç bir zaman cavabsız buraxılmır-Özəl

Azərbaycanın Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkənin parçalanmasına, burada etnik nifrətin qızışdırılmasına, dövlət rəsmilərinə qarşı terror aktlarının törədilməsinə açıq çağırışda ittiham olunan üç Rusiya vətəndaşıyla bağlı Baş Prokurorluğun ardından Xarici İşlər Nazirliyinin də gərəkəni etməsi və qarşı tərəfin buna reaksiyası nəyi göstərdi? "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Azərbaycan Baş Prokurorluğunun "media ekspertləri" kimi təqdim olunan bu üç ünsür haqda həbs qərarı çıxararaq onları beynəlxalq axtarışa verməsi ilə yanaşı, Rusiyanın ölkəmizdəki səfirinin Xarici İşlər Nazirliyinə çağrılaraq nota təqdim edilməsi, birincisi, o deməkdir ki, biz o çağrışlara bəzi xəstə təfəkkürlülərin öz şəxsi fikirləri  kimi yanaşmırıq. Bunu suverenliyimizə qarşı yönələn sistemli fəaliyyətin tərkib hissəsi sayırıq, ona görə də belə sərt reaksiya verirərək anlamayanlara da anladırıq ki, söhbət "qırmızı xətdən" gedirsə, keçməyə çalışanın kimliyinə baxılmır, ona yanaşma həmişə eynidir. Yəni bu təhdidlər heç bir zaman cavabsız buraxılmır: 
 
"Moskvada da artıq yaxşı bilirlər ki, Azərbaycanın cavabları arada asimmetrik xarakter daşısa da, çox sərrast və təsirli olur. Yəqin məhz bu səbəbdən həmin ünsürlərdən biri - Rusiya Nəqliyyat nazirinin müşaviri Aleksey Çadayev tutduğu vəzifədən uzaqlaşdırıldı. Rusiya Xarici İşlər Nazirliyi isə bu şəxslərin fikirlərinin Moskvanın rəsmi mövqeyini əks etdirmədiyini bildirir. İstərdik ki, belə olsun. Ancaq Çadayevlə yanaşı, Semyon Uralov deyilən başqa bir ünsürün keçmişi, indiki fəaliyyəti və əlaqələri göstərir ki, o, sadəcə öz mövqeyini ifadə etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31