“Müxalifət bütün məsuliyyəti Yanukoviçin üzərinə atır” - POLİTOLOQ

Zərdüşt Əlizadə: “Ukrayna vəziyyətdən çıxış yolu üçün Qərb və Rusiya ilə tarazlaşdırılmış siyasət yürütməlidir”

"Azadlıq" partiyasının lideri Oleq Tyaqnibok bildirib ki, Ukrayna müxalifəti tələbləri yerinə yetirilmədən hakimiyyətlə danışıqlar aparmayacaq. "Batkivşina" fraksiyasının lideri Arseni Yatsenyuk eyni bəyanatı təkrarlayıb. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə qeyd etdi ki, müxalifətin Yanukoviçə təzyiq göstərmək üçün heç bir əsasa qalmayıb. Müxalif düşərgə Ukraynanı gözləyən fəlakətin məsuliyyətini hökumətin təkcə öz üzərinə götürməsi üçün çalışır. Z.Əlizadənin sözlərinə görə, Yanukoviç keçmiş prezidentləri, müxalifəti dialoqa çağırıb izah elədi ki, Ukrayna iqtisadiyyatının vəziyyəti ağırdır, ölkəni iflas gözləyir: "Ukraynaya nəhəng yatırımlar lazımdır ki, iqtisadiyyat və sənayeni yenidən modernləşdirmək mümkün olsun. Ölkənin xarici və daxili borcları fantastik rəqəmlərlə ölçülür. Qızıl və valyuta ehtiyatları azdır. Ukrayna artıq öz imkanlarına görə yaşamır. Müxalifət isə iddia edir ki, bütün itkilərə baxmayaraq Ukrayna avro-ittifaqa getməlidir. Bu tamamilə Ukraynanın ziyanına olacaq. Müxalifət isə bütün məsələlərdən çıxış yolunu Yanukoviçin üzərinə yükləmək niyyətindədir. Əks düşərgə Yanukoviçi problemlərə görə cavabdeh şəxs qismində dünya ictimaiyyətinə təqdim etmək niyyətindədir. Ukrayna vəziyyətdən çıxış yolu üçün Qərb və Rusiya ilə tarazlaşdırılmış siyasət yürütməlidir. Ukrayna ixracının 21%-ni Avropaya edir. Hökumət bundan artıq Avropaya heç nə sata bilməyəcək. Qərbə inteqrasiyada isə Avropa malları Ukrayna məhsullarını bazardan tamamilə sıradan çıxaracaq. Kiyev daxili siyasəti dəyişməlidir. Buna isə Ukraynanı yeyib-dağıdan oliqarxlar imkan vermir. Yaranmış mövcud situasiya Yanukoviç hakimiyyətinin sonu olacaq. O, ikinci dəfə prezident seçilmək şanslarını tamamilə itirib". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00