Siyasi yetkinlik əldə olanın qədrini bilməkdən keçir- ÖZƏL
13:35 Siyasət"Həyat elə qurulub ki, bəzən hər şey gözümüzün önündə ola-ola onu görməyi unuduruq. Sahib olduğumuz sabitliyə, əmin-amanlığa və azadlığa elə tez alışırıq ki, bunlar bizə sadə və sıradan görünməyə başlayır. Diqqətimiz həmişə çatışmayanlara, daha çoxuna və ya kənarda axtardığımız şeylərə yönəlir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclsin deputatı Sadiq Qurbanov deyib: "Bu həm fərdi, həm də siyasi müstəvidə ən böyük yanılmalardan biridir. Cəmiyyətlər də sahib olduqları sülhün, müstəqilliyin və dövlətçiliyin dəyərini məhz onu təhlükə altına qoyanda və ya itirəndə dərk edirlər. Buna misallar çoxdur. Siyasi yetkinlik böhran gözləmədən, əldə olanın qədrini bilməkdən keçir. Kaş ki, hamımız gec olmadan yanımızdakı dəyərləri görüb birlik içində qorumağı bacaraq.
İnanıram ki, ümummilli lider Heydər Əliyev ideologiyası və cənab Prezident İlham Əliyev qətiyyəti ilə əldə etdiyimiz uğurları qorumağı hər zaman bacaracağıq!"