“Qərb Ukraynada Rusiyanı məğlub edəcək” - AÇIQLAMA

Qabil Hüseynli: “Artıq Ukraynanın hansı oxa qəbul edilməsi Qərb və Rusiya arasında ölüm-dirim məsələsinə çevrilib”

Ukraynanın paytaxtı Kiyevin "Nezalejnosti" Meydanında (Azadlıq) maraqlı hadisə baş verib. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland mitinq meydanına gəlib və etirazçılara çörək paylayıb. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Nulandın həm bu, həm də Kiyevdə Viktor Yanukoviçlə görüşündə səsləndirdiyi bəyanatlar kifayət edir ki, ABŞ Ukrayna məsələsində nə qədər maraqlıdır. Q.Hüseynli qeyd etdi ki, V.Nuland çox sərt şəkildə ABŞ-ın Ukrayna ilə bağlı mövqeyini V.Yanukoviçin qarşısına qoydu. Ağ Ev rəsmisi həmçinin nümayişçilər qarşısındakı çıxışında ABŞ-ın Ukraynaya olduqca böyük əhəmiyyət verdiyini də diqqətə çatdırdı: "Artıq Ukraynanın hansı oxa qəbul edilməsi Qərb və Rusiya arasında ölüm-dirim məsələsinə çevrilib. Mübarizədə Qərbin Rusiya üzərində üstünlüyü hiss edilir. Qərb yox, Ukrayna xalqı Rusiyanı məğlub edəcək. Bu isə Qərbin üstünlüyü deməkdir. Çünki xalqın böyük əksəriyyəti Ukraynanın Avropa İttifaqına inteqrasiyasının tərəfindədir. Hansı qüvvə bu xəttin qarşısına çıxsa, xalq onları silib kənara atacaq. Bu mənada xalqın qələbəsi Qərbin Rusiyanı məğlub etməsi kimi də başa düşülə bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00