Vaxtı uzatmadan yollar açılmalıdır- ÖZƏL
14:16 SiyasətErmənistan hökuməti üzərinə öhdəlik götürüb
"Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın tələbi bir sıra dünya liderlərinin də imza atdıqları sənədlərdə əks olunur". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin prinsipiallığı və ardıcıl diplomatik fəaliyyəti nəticəsində Ermənistan regional kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini əvvəlcə Rusiyanın vasitəçiliyi ilə imzalanan Üçtərəfli Bəyanatda, daha sonra 11 yanvar 2021-ci il Moskva və 26 noyabr 2021-ci il, eləcə də 31 oktyabr 2022-ci il Soçi görüşlərində bir daha təsdiqləmişdir. Sonrakı mərhələdə Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən Praqa platformasında bu məsələ yenidən gündəmə gətirilmişdir.
Lakin, Üçtərəfli Bəyanat və sonrakı görüşlərdə əldə olunan razılıqlar Ermənistan tərəfindən icra edilməmiş, Paşinyana yolun açılmaması ilə bağlı irad da tutulmamışdır. Bu fonda Trampın hakimiyyətə gəlişi ilə Ağ ev, Dövlət Departamenti məsələ ilə bağlı liderliyi üzərinə götürmüş və nəticədə Tramp yolu adı altında dəhlizin açılması ilə bağlı ABŞ-ın vasitəçiliyi ilə Vaşinqton platformasında Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin yaradılması və regionda kommunikasiyaların bərpası prinsipi bir daha təsdiqlənmişdir. Vaşinqton sazişi ilə ABŞ liderinin iştirakı ilə Ermənistan hökuməti üzərinə öhdəlik götürüb, vaxtı uzatmadan yollar açılmalıdır".