“Mülki Müqavilə” Stepanavanda qisas seçkilərinə hazırlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın hakim "Mülki Müqavilə" partiyası oktyabrda Stepanavan yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkiləri "namus məsələsi" sayaraq qalib gəlmək üçün müxtəlif ssenarilər hazırlayır. Parlamenti seçkilərində Samvel Karapetyanın blokuna məğlub olan hakimiyyət bu dəfə Stepanavanı Gülaqarak və Lori Berd icmaları ilə birləşdirərək böyütməyi və ən çox dəstək alan namizədə pay qoymağı planlaşdırır. 

Əvvəlki məğlubiyyətə görə məsuliyyətin isə muxalifətin qələbəsinə şərait yaratmaqda təqsirləndirilən Stepanavan rəhbəri Armen Qriqoryanın üzərinə qoyulduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31