Naxçıvanı Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrirmək olar-Təklif- ÖZƏL

" Nuhun gəmisinin quruya çıxması, Nuhun qəbri və ya qəbirlərindən birinin Naxçıvanda olması (Fərziyyələrdən birinə görə Naxçıvan Huhçıxan sözünün assimilyativ formasıdır), Əshabul Kahf və digər tarixi-mifoloji abidələri, Atabəylər Dövlətinin parlaq əsərlərindən olan Möminə Xatun türbəsi kimi tarixi abidələr geniş şəkildə təbliğ edə, hekayələrini danışa, yarada bilsək Naxçıvan Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilər". "Olaylar" xəbər verir ki, bu təkliflə iqtisadçı ekspert Elman Sadıqov çıxış edib: "Naxçıvan kiçik ərazidir, amma o kiçik ərazidə o qədər zəngin mətbəx, mədəni və hətta ləhcə fərqlilikləri var ki.. İndi isə Naxçıvan təkcə Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, Çin başda olmaqla Cənub-Şərqi Asiya, Orta Asiya, Türkiyə, Avropa və Yaxın Şərq ölkələri üçün nəqliyyat qovşağına çevrilir. 

Tramp TRİPP layihəsi vasitəsilə ABŞ-ni Orta Koridorda nəzarət edən ölkəyə çevirdi, Avropa İttifaqı da Naxçıvanda dəmir yolunun çəkilişində konsorsium yaradaraq investorlardan biri kimi çıxış etmək üçün hətta nümayəndələrini göndəriblər. Deməli, Azərbaycana bu dəfə maraq onun nəqliyyat və həm də elektrik enerjisi imkanlarına görə artır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31