"Saxta kəşfiyyat fəlakətə aparır" – Əraqçidən Ağ Evin böyük səhvləri ilə bağlı şok bəyanat

İranın Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ kəşfiyyatının fəaliyyətini kəskin tənqid edərək Vaşinqtonun növbəti böyük strateji səhvə yol verdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, "X" sosial şəbəkə hesabında paylaşım edən diplomat Birləşmiş Ştatların kəşfiyyat uğursuzluqları səbəbindən uzun müddətdir yanlış addımlar atdığını bildirib. Əraqçi İrana qarşı müharibəni bunun bariz nümunəsi kimi göstərib və indi Hörmüz boğazı ilə bağlı daha böyük bir səhvin edildiyini vurğulayıb.

İran XİN rəhbəri paylaşımında "Saxta xəbərlərdən də pis olan tək şey saxta kəşfiyyatdır. Ehtiyatlı olun", - deyə ABŞ rəhbərliyinə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31