Vladimir Putin ilk dəfə Kuril adalarına səfər edib
10:44 SiyasətRusiya prezidenti Vladimir Putin Kuril arxipelaqının adalarından biri olan İturupa səfər edib.
TASS xəbər agentliyinin məlumatına görə, Vladimir Putin "ilk dəfə şəxsən Kuril adalarına səfər edib" və burada Rusiya Sakit Okean Donanmasının flaqman gəmisinə baxış keçirib. Saxalin adasındakı Yujno-Saxalinsk şəhərinə səfərindən sonra Putin cümə axşamı arxipelaqın adalarından biri olan İturupa gedib. O, burada balıq emalı zavodunu ziyarət edib. Rusiyanın Kamçatka yarımadası ilə Yaponiyanın Hokkaydo adası arasında yerləşən Kuril adaları onilliklərdir iki ölkə arasında münasibətləri gərginləşdirən ərazi mübahisəsinin mərkəzindədir. Yaponiya arxipelaqın cənubunda yerləşən dörd ada - İturup, Kunaşir, Şikotan və Habomai adaları üzərində iddia irəli sürür və bu əraziləri "Şimal əraziləri" adlandırır.
Bu adalar İkinci Dünya müharibəsinin başa çatmasından sonra Rusiyanın nəzarətindədir. Ərazi mübahisəsi Moskva ilə Tokio arasında rəsmi sülh müqaviləsinin imzalanmasına əsas maneə olaraq qalır. Yaponiyanın 1945-ci ildə kapitulyasiyasından 80 ildən çox vaxt keçməsinə baxmayaraq, iki ölkə hələ də rəsmi olaraq sülh müqaviləsi imzalamayıb.