Beynəlxalq vəkil ll Qareginə qarşı cinayət təqibini tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Beynəlxalq vəkil Robert Amsterdam Qərbi Ermənistan Bütün Ermənilərin Katolikosu II Qareginə və altı yepiskopa qarşı qaldırılan cinayət işinə reaksiya verməyə çağırıb. O, sosial şəbəkələrdə hakimiyyətin kilsəyə qarşı hərəkətlərini biabırçılıq və dini azadlıqların kobud şəkildə pozulması adlandırıb. Amsterdamın sözlərinə görə, hakimiyyət qondarma cinayət işləri ilə kilsəni özünə tabe etməyə çalışır və bu addımlar həm Avropa, həm də beynəlxalq hüquqa ziddir.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi II Qaregin və Ali Din Şurasının altı üzvünə qarşı məhkəmə qərarını icra etməmək ittihamı ilə cinayət işi açıb. Buna Katolikosun hakimiyyəti dəstəkləyən episkop Qevork Saroyanı din xadimi sanından məhrum etməsi səbəb olub. Avqustun 7-də Eçmiədzində baş tutan ilk məhkəmə iclasında hakimin özü-özünə etiraz etməsindən sonra iş başqa hakimlərə tapşırılıb, növbəti iclasın tarixi isə hələlik bəlli deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31