Naxçıvanı beynəlxalq nəqliyat-kommunikasiya sisteminin bir hissəsinə çevirəcək- ÖZƏL
13:20 Siyasət"Dövlət Başçısının regionlara hər bir səfəri, həmin bölgənin inkişafına ciddi təkan verir. Əminliklə deyə bilərəm ki, nəinki Azərbaycan tarixində, ümumiyyətlə dünya liderləri arasında Prezident İlham Əliyev qədər ikinci bir lider tapılmaz ki, regionlara bu qədər səfər etsin". Bunu "Olaylar"a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Cənab Prezidentin Naxçıvana bu dəfəki səfəri sayca 17-ci idi. Bu rəqəm özlüyündə, dövlət Başçımızın Naxçıvana göstərdiyi diqqətin, qayğının bariz nümunəsidir. Hər bir səfər, bölgənin iqtusadi-siyasi həyatında əhəmiyyətli irəliləyiş, inkişaf deməkdir. Nəticədə, bütün sahələrdə geridə qalmış, məlum hadisələrlə bağlı blokada şəraitində əziyyət çəkən Muxtar Respublikada saysız-hesabsız infrastruktur layihələri, inzibati binalar, mədəniyyət obyektləri, istehsal müəssisələri yaradılmmış, əhalinin sosial rifahının və məşğulluq səviyyəsinin artırılması istiqamətində dövlət proqramları icra olunmuşdur.
Bu günki Naxçıvanla 15-20 il əvvəlki Naxçıvan müqayisə olunmaz dərəcədə, müsbət mənada fərqlənir. Televiziya vasitəsilə nümayiş olunan kadrlardan görünür ki, cənab Prezidentin bu dəfəki səfəri də kifayət qədər zəngin olmuşdur. Alternativ enerji stansiyalarının inşası, Naxçıvan Sənaye parkının yaradılması, Naxçıvan şəhərinin yeni baş planına uyğun müasir standartları özündə ehtiva edən layihələr, otel kompleksinin təməlinin qoyulması, "DOST" inzibati binasının və Memar Əcəminin abidəsinin açılışı, tarixi abidələrin yenidən bərpası, xüsusi təyinatlı hərbi hissələrə döyüş bayraqlarının təqdimatı, təkcə naxçıvanlılar üçün bütövlükdə dövlətimizin iqtisadi-siyasi, hərbi inkişafının göstəricisidir. Xüsusi diqqət çəkən məqam, Zəngəzur dəhlizinin açılışı ilə bağlı görülən işlərdir. Bu barədə, dövlət Başçımız Azərbaycan televiziyasına verdiyi müsahibədə fikirlərini bildirdi. Dəhlizin Naxçıvanla yanaşı, bütöv Azərbaycan, ümumiyyətlə region üçün əhəmiyyətini vurğuladı. Zəngəzur dəhluzinin açılması, Naxçıvanı beynəlxalq nəqliyat-kommunikasiya sisteminin bir hissəsinə çevirəcək.
Nəzərdə tutulan layihələrin icrası, yaxın zamanlarda Naxçıvanı yaşayış üçün ən cazibədar, inkişaf etmiş bölgəsinə çevirəcək".