Əhməd Davudoğlu: "Ankara Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır"
12 Dekabr 2013 13:16 SiyasətTürkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, Ankara Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Bu barədə Türkiyənin "Dünya bülleteni" internet qəzeti məlumat verib. Məlumata əsasən, XİN rəhbəri onu da qeyd edib ki, Ermənistan və Azərbaycan arasında əlaqələrin normallaşması üçün Türkiyə tərəfi bütün addımlara hazırdır. XİN rəhbərinin sözlərinə görə, Ankara Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm verir, lakin bu əlaqələrin normallaşması üçün işğal edilən Azərbaycan ərazilərinin azad olunması lazımdır.
Qeyd edək ki, bu gün Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının toplantısı keçirilir. Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00