TRIPP+ fonduna ayrılan vəsait artırıldı: Bu qərar region üçün nə vəd edir?- ÖZƏL
14:44 SiyasətABŞ Ermənistanın cənubundan keçəcək TRIPP marşrutunun inkişafı üçün yaradılan TRIPP+ fondunun maliyyəsini 201 milyon dollardan 402 milyon dollara yüksəldib. Ayrılan vəsaitin əsas hissəsinin Ermənistanda istifadə olunacağı bildirilir.
ABŞ-ın TRIPP+ fonduna ayırdığı maliyyənin ikiqat artırılması regionda geosiyasi balans və nəqliyyat layihələrinə necə təsir göstərə bilər?
Azərbaycanın maraqları baxımından TRIPP+ fonduna ayrılan maliyyənin artırılması rəsmi Bakı üçün hansı siyasi və diplomatik mesajları ehtiva edir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" TRİPP fondunun yaradılması haqqında qərar bu il yanvarın 26-da Ermənistan xarici işlər naziri Mirzoyanın Vaşinqtonda ABŞ dövlət katibi M. Rubio ilə görüşündən sonra qəbul edilmişdir. Tramp marşrutunun realizə edilməsi məqsədilə təşkil edilmiş fondun ilkin layihədə məbləği 206 milyon dollar müəyyən edilmişdir. Bu il iyulun 16-dakı məsləhətləşmələrdən sonra məbləğ 402 milyon dollara yüksəldilmişdir.
Məbləğin xərcləri üzərində nəzarətin 76 faizi ABŞ-a, 24 faizi isə Ermənistana aiddir.
Məlum layihə Cənubi Qafqazı Transxəzər marşrutu ilə bağlamağı nəzərdə tutur və Rusiya ərazisindən yan keçməklə məlum istiqamətdə yükdaşınmaların həyata keçirilməsini nəzərdə tutduğundan Qərb üçün geosiyasi mahiyyət kəsb edir.
Məlum marşrutun reallaşması Azərbaycanı Ermənistan ərazisindən keçməklə (təqribən 42 km) Naxçıvan ilə birləşdirəcəyindən Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Marşrutun reallaşması yükdaşınmalarda Azərbaycanın tranzit imkanları nəzərə alınmaqla bizə iqtisadi mənfəət, geosiyasi dividendlər vəd edir".
Zeynəb Mustafazadə