İlham Əliyev ən mürəkkəb geosiyasi düyünləri belə həll etməyə qadir olduğunu sübut edib- ÖZƏL
12:08 Siyasət"Prezident İlham Əliyevin ötənilki Vaşinqton səfəri müasir tariximizin böyük siyasi hadisəsi oldu. Vaşinqtonda paraflanan sənədlər Cənubi Qafqazın gələcək siyasi xəritəsinin hansı prinsiplər üzərində qurulacağını ortaya qoydu. Dövlət başçısının qətiyyəti sayəsində region ilk dəfə olaraq sülhün, nəqliyyatın və iqtisadi inteqrasiyanın əsas məkanına çevrilmək imkanı qazandı". "Olaylar" xəbər verir ki, bunu "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov deyib:
"Azərbaycan lideri ölkəmizin milli maraqlarına tam cavab verən siyasəti ilə diplomatiya masasında da qalib tərəfin kim olduğunu dünyaya göstərdi. Prezident İlham Əliyev Vaşinqtonda paraflanan sənədlərlə formalaşan geosiyasi reallığın müəllifi, Cənubi Qafqazı sülhə, təhlükəsizliyə və inkişafa aparan yeni siyasi xəttin əsas memarı kimi tarixə düşdü. Dövlət başçısı qətiyyətli siyasəti ilə ən mürəkkəb geosiyasi düyünləri belə həll etməyə qadir olduğunu bu dəfə də sübut etdi. Donald Tramp tərəfindən Ağ Evin rəmzi açarının böyük lider İlham Əliyevə təqdim edilməsi ölkəmizin dünyanın aparıcı dövləti ilə son illərdə süni şəkildə gərginləşdirilmiş münasibətlərdə yaranmış düyünləri açan tarixi siyasi mesaj kimi yadda qaldı. Prezident Donald Trampın dövlət başçımıza xitabən səsləndirdiyi "Siz böyük lidersiniz" sözləri və Ağ Evin rəmzi açarını yalnız çox nadir hallarda təqdim etdiyini vurğulaması Prezident İlham Əliyevin beynəlxalq siyasi nüfuzunun ən parlaq etiraflarından biri idi".