Çolpon-Ata Bəyannaməsi strateji sənəd kimi tarixə düşdü- ÖZƏL

"Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Mərkəzi Asiya dövlətləri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərin dərinləşdirilməsi, etnik, mədəni və tarixi köklərə söykənən dostluq bağlarının strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması prioritet istiqamətlərdən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğız Respublikasına dövlət səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında, eləcə də geniş mənada Azərbaycan-Mərkəzi Asiya regionu kontekstində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov deyib: "Çolpon-Ata şəhərində baş tutan tarixi sammit, qəbul edilən qərarlar və mətbuat üçün verilən rəsmi bəyanatlar Azərbaycanın geostrateji mövqeyinin, Avrasiya məkanındaki birləşdirici rolunun və Türk dünyasının inteqrasiyasına verdiyi müstəsna töhfənin növbəti bariz təzahürü olmuşdur. Görüşlərin yekunu olaraq imzalanmış Çolpon-Ata Bəyannaməsi tərəflər arasında siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji və mədəni-humanitar sahələrdə uzunmüddətli fəaliyyət planını müəyyən edən strateji sənəd kimi tarixdə yerini almışdır.

Səfər çərçivəsində mətbuata bəyanatla çıxış edən Prezident cənab İlham Əliyev Azərbaycan və Qırğızıstan arasında qarşılıqlı etimada, qardaşlığa və suverenliyə hörmət prinsiplərinə söykənən münasibətlərin dinamik inkişaf etdiyini xüsusi vurğulamışdır. Ölkə başçısı bəyan etmişdir ki, Bakı ilə Bişkek arasında mövcud olan siyasi dialoqun yüksək səviyyəsi bütün digər praktiki sahələrdə layihələrin sürətlə icrasına münbit şərait yaradır. Azərbaycan Prezidenti Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafının Azərbaycanın xarici siyasətində təsadüfi xarakter daşımadığını, bunun düşünülmüş, uzaqgörən və dayanıqlı strateji kurs olduğunu bildirmişdir. Bəyanatda xüsusilə qeyd olunmuşdur ki, Qırğızıstanla qurulan sıx tərəfdaşlıq təkcə ikitərəfli müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) və BMT çərçivəsində ortaq maraqların müdafiə olunmasına, regional təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə birbaşa xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31