Qarabağ və Şərqi Zəngəzur regionun ən innovativ məkanlarından birinə çevrilir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir şəhərsalma prinsiplərinin tətbiqi, "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının uğurla reallaşdırılması Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məslisin deputatı Ceyhun Məmmədov deyib:  "Böyük Qayıdış" proqramı çərçivəsində həyata keçirilən layihələr yalnız yaşayış məntəqələrinin yenidən qurulması ilə məhdudlaşmır. Bu ərazilərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan, müasir infrastrukturla təmin edilmiş, ekoloji tarazlığı və rəqəmsal texnologiyaların tətbiqini özündə birləşdirən yeni şəhər və kəndlər formalaşdırılır. Bu yanaşma dövlətimizin insan amilinə verdiyi yüksək dəyərin və gələcəyə hesablanmış inkişaf siyasətinin parlaq nümunəsidir.

Qarabağ və Şərqi Zəngəzur bu gün yalnız bərpa olunmur, eyni zamanda müasir şəhərsalma və memarlıq baxımından regionun ən innovativ məkanlarından birinə çevrilir. Burada həyata keçirilən layihələr Azərbaycanın gücünü, inkişaf potensialını və dövlətimizin strateji baxışını əks etdirir. Gənclərin bu prosesləri yaxından öyrənməsi, dövlətimizin həyata keçirdiyi quruculuq siyasətini dərindən mənimsəməsi və gələcəkdə bu inkişafın fəal iştirakçısına çevrilməsi xüsusi əhəmiyyət daşıyır. Buna nail olmaqdan ötrü gənclərdə dövlətçilik təfəkkürünün möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərə bağlılığın artırılması və onların ictimai-siyasi fəallığının gücləndirilməsi mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31