"Armpost" XIX–XX əsrlərin qaydaları ilə işləyir – Müxalifətçi deputatdan kəskin tənqid – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Parlamentində vitse-spiker seçkiləri zamanı "Güclü Ermənistan" fraksiyasının deputatı Harutyun Mnatsakanyan Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin tabeliyində olan "Armpost"un fəaliyyətini sərt tənqid edib. Deputat bildirib ki, dövlət poçt operatoru müasir standartlardan uzaqdır və XIX-XX əsrlərin prosedurları ilə idarə olunur.

Mnatsakanyan İtaliyaya vacib sənədlər göndərərkən qarşılaşdığı bürokratik maneələrdən danışıb. Onun sözlərinə görə, böyük məbləğdə ödəniş etməsinə baxmayaraq, xidmət səviyyəsi son dərəcə aşağı olub, ünvanı zərfin üzərinə əllə yazmağa məcbur edilib və sənədlər ünvana yalnız 45-50 gündən sonra çatıb.

Məsələnin diqqətçəkən digər tərəfi odur ki, "Armpost"un 2025-ci il üzrə maliyyə göstəricilərinin pisləşməsinə baxmayaraq, orada yüksək vəzifə tutan hakim "Mülki Müqavilə" partiyasından olan deputat Hayk Koncoryanın həyat yoldaşı Şuşan Aleksanyan illik 118 min dollardan çox (aylıq təxminən 10 min dollar) məvacib alır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31