“Müxalifətin radikal anti-Rusiya mövqeyi 2008-ci ildə deyil, yalnız 2022-ci ildən sonra formalaşdı” – İrakli Kobaxidze – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze sosial şəbəkədəki bəyanatında ölkədəki müxalifəti və radikal qüvvələri ikili standartlarda ittiham edib. Baş nazir bildirib ki, radikal anti-Rusiya əhval-ruhiyyəsi formalaşmalı idisə, bu, 2022-ci ildə Ukraynadakı müharibədən sonra deyil, məhz Gürcüstan ərazilərinin işğal edildiyi 2008-ci il avqust müharibəsindən sonra baş verməli idi.

Kobaxidze qeyd edib ki, 2008-ci ildə 20% ərazinin işğal olunmasına, yüzlərlə insanın həlak olmasına və 30 min vətəndaşın məcburi köçkün düşməsinə baxmayaraq, o zamankı "Milli Hərəkat" hakimiyyəti Rusiyaya qarşı sərt siyasət yürütməyib, əksinə vizasız rejimi tətbiq edib və rus kapitalını ölkəyə cəlb edib.

"Xarici agenturanın Rusiyaya qarşı ritorikası nə 2008-ci il müharibəsindən əvvəl, nə də sonra bu qədər sərt olmamışdı. Onlar Rusiyanı yalnız Ukraynaya ikinci hücumdan sonra barışmaz düşmən elan etdilər. Görünür, vətənsiz Gürcüstan vətəndaşları üçün Ukrayna öz ölkələrindən daha əzizdir, çünki xaricdən bu cür təlimat alıblar."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31