Mişustin: 64 ölkənin vətəndaşları Rusiyaya elektron viza ilə daxil ola bilərlər- ÖZƏL

Rusiyanın Baş naziri Mixail Mişustin bildirib ki, hazırda 64 ölkənin vətəndaşları elektron viza vasitəsilə Rusiyaya səfər edə bilərlər. Olaylar.az xəbər verir ki, o, turizmin inkişafına həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd edib ki, elektron vizanın rəsmiləşdirilməsi xeyli sadələşdirilib. Mişustinin sözlərinə görə, elektron viza ilə Rusiyada qalma müddəti də demək olar ki, iki dəfə artırılıb- əvvəlki 16 gün əvəzinə artıq 30 günədək ölkədə qalmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31