Giorgi Sioridze: “Gürcü Arzusu” korrupsiya içində boğulur – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcüstanı Gücləndirək - Lelo" koalisiyasının üzvü Giorgi Sioridze Mədəniyyət naziri Tinatin Ruxadzenin prokurorluğa gedərkən "Facebook" vasitəsilə istefa verdiyini açıqlamasını şərh edib. Sioridze bu addımın "Gürcü Arzusu" hakimiyyətinin sistemli korrupsiya içində boğulduğunun bariz göstəricisi olduğunu bildirib. O qeyd edib ki, hakim komandada kimisə qurban vermək qərarı alındıqda həmin şəxs ya istefaya məcbur edilir, ya da həbs olunur. 

Müxalifətçinin sözlərinə görə, ölkədə kök salmış sistemli korrupsiyanı bir-iki nəfərin üzərində nümayişkaranə məhkəmə qurmaqla dəf etmək mümkün deyil və bu problem yalnız mövcud rejim dəyişdikdən sonra tam həllini tapacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31