Vaşinqton və Ankara regional təhlükəsizlik məsələlərində əməkdaşlıq formatı formalaşdırıblar- ÖZƏL

"Türkiyədə keçirilən NATO-nun son zirvə toplantısı çərçivəsində ABŞ prezidenti Donald Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş baş tutdu. Bu görüşdən sonra Türkiyənin yenidən F-35 proqramına qoşulması və F-35 qırıcılarının Ankaraya verilməsi ilə bağlı razılığın əldə olundu". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib" :Əgər bu proses reallaşarsa, Türkiyənin Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə artacaq və ölkənin regionda hava gücü kimi mövqeyi daha da möhkəmlənəcək. Bu prosesin İsrail tərəfindən diqqətlə izlənildiyi və Baş nazir Benyamin Netanyahunun Türkiyəyə F-35 təyyarələrinin verilməsinə etiraz edir. Məhz B. Netanyahu D. Trampla görüşdə F-35 qırıcılarının Türkiyəyə verilməməsini istəyəcək. Bununla belə, ABŞ administrasiyasının müdafiə siyasətinin öz milli və strateji maraqları əsasında formalaşdığı, bu məsələdə son qərarın Vaşinqtona məxsus olduğu elan edilib. Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş ABŞ-Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Vaşinqton və Ankara son illərdə regional təhlükəsizlik məsələlərində, xüsusilə Suriya istiqamətində müəyyən əməkdaşlıq formatları formalaşdırıblar. Bu da iki ölkənin strateji dialoqunun davam etdirilməsində maraqlı olduqlarını göstərir.
ABŞ üçün Türkiyə yalnız NATO müttəfiqi deyil, həm də Yaxın Şərq, Cənubi Qafqaz, Xəzər hövzəsi və Mərkəzi Asiya istiqamətlərində mühüm geosiyasi tərəfdaşdır. Bu baxımdan, Vaşinqtonun Ankara ilə hərbi və strateji əməkdaşlığı genişləndirməyə çalışması mümkün görünür. Bununla belə, F-35 proqramına Türkiyənin tam şəkildə qaytarılması və təyyarələrin təhvil verilməsi ilə bağlı yekun qərarlar ABŞ Konqresinin mövqeyi, hüquqi prosedurlar və ikitərəfli danışıqların nəticəsindən asılı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31