İrakli Kadaqişvili: “Söyüşlə söz azadlığını eyniləşdirmək intellektual tənəzzüldür” – ÖZƏL
12:46 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın "Gürcü Arzusu" partiyasından olan deputat İrakli Kadaqişvili ABŞ səfirliyinin ölkədə Nifrət Nitqi ilə Mübarizə İdarəsinin yaradılmasından narahatlığını ifadə edən bəyanatını şərh edib. Deputat bildirib ki, küçə söyüşləri və təhqirlərin söz azadlığı kimi təqdim olunması qəbulolunmazdır. O, bu cür davranışların cəmiyyəti parçalamağa, insanları mənəvi baxımdan aşınmaya və psixoloji təzyiqə məruz qoymağa yönəldiyini vurğulayıb.
Kadaqişvili söyüşlə söz azadlığı arasında bərabərlik işarəsi qoymağı "intellektual tənəzzül" adlandıraraq, hökumətin hər zaman söz azadlığını müdafiə edəcəyini, lakin söyüş və təhqirlərə qarşı çıxacağını deyib. Deputat ABŞ ilə lüzumsuz polemikaya girmək niyyətində olmadıqlarını, Gürcüstanda media azadlığının kifayət qədər qorunduğunu və Vaşinqtonla konstruktiv gündəlik inkişaf etdirmək istədiklərini diqqətə çatdırıb. O, həmçinin nifrət nitqinin və söyüşlərin qarşısının alınmasında siyasətçilər daxil olmaqla, cəmiyyətin hər bir üzvünün məsuliyyət daşıdığını əlavə edib.