Netanyahu Trampla görüşünü indiyə qədərki ən yaxşı görüşlərdən biri adlandırıb- ÖZƏL

İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə axşamı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla keçirilən görüşü əla adlandırıb və bunun indiyə qədərki ən yaxşı görüşlərdən biri olduğunu qeyd edib.
Olaylar.az xəbər verir ki, Netanyahu sosial mediada paylaşdığı video mesajda bildirib ki, "Əla görüş. Bunlar sadəcə sözlər deyil. Qarşılıqlı dəstəyə və İranın nüvə silahına sahib olmamasını təmin etmək də daxil olmaqla, ortaq məqsədlərin anlaşılmasına əsaslanan açıq söhbətimiz oldu. Prezident Tramp ilə indiyə qədər keçirdiyim ən yaxşı görüşlərdən biri oldu". O qeyd edib ki, "onun (Trampın) bütün komandası danışıqlarda iştirak edib" və tərəflər "fikir mübadiləsi aparmaq və İsrailin təhlükəsizliyi və gələcəyi üçün vacib tədbirləri əlaqələndirmək imkanı əldə ediblər"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31