Ermənistan parlamenti jurnalistlərin fəaliyyətinə məhdudiyyət qoyulması xəbərlərini təkzib edib – ÖZƏL
11:49 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan Parlamenti sədrliyinə namizəd Ruben Rubinyan deputatların Milli Məclisdə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı iddialarını rədd edib. O, təhlükəsizlik qaydalarına edilən son dəyişikliklərdə media nümayəndələrinin işinə dair heç bir yeni məhdudiyyətin yer almadığını və müxalifətin qeyd etdiyi qaydaların hələ 2021-ci ildən qüvvədə olduğunu bildirib.
Milli Məclisin avqustun 2-də fəaliyyətə başlayacaq 9-cu çağırışında 64 mаndatla "Mülki Müqavilə", 29 mаndatla "Güclü Ermənistan" və 12 mаndatla "Ermənistan" fraksiyaları təmsil olunur.
İddiaları isə "Güclü Ermənistan" fraksiyasının deputatı Marianna Qahremaniyan səsləndirib. Deputatın sözlərinə görə, yeni qaydalar jurnalistlərin hərəkət azadlığını məhdudlaşdırır, xüsusi nəzarət zonalarında və komissiya iclaslarında çəkiliş şərtlərini çətinləşdirir, eləcə də Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını və iclas zalının lojasından çəkiliş aparmağı qadağan edir.