Rusiya Pavel Durovu axtarışa verdi
10:44 SiyasətRusiyada "Teleqram"ın həmtəsisçisi Pavel Durov barəsində terrorçuluq fəaliyyətinə yardım etmə ittihamı irəli sürülüb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar Pavel Durovun beynəlxalq axtarışa verilməsi proseduruna start verilib.
FSB-nin açıqlamasında iddia olunur ki, "Teleqram" platformasında Ukrayna xüsusi xidmət orqanları, eləcə də terrorçu və ekstremist təşkilatların istifadə etdiyi çoxsaylı kanal, çat və botlar fəaliyyətini davam etdirib və onların silinməsi ilə bağlı lazımi addımlar atılmayıb.
Hazırda Rusiya hüquq-mühafizə orqanlarının hadisə ilə bağlı araşdırmaları davam etdiriyi qeyd olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31