Vitse-spikerdən xəbərdarlıq: “Bəzi QHT-lər bağlanacaq”
11 Dekabr 2013 18:30 SiyasətMilli Məclisin vitse-spikeri, deputat Ziyafət Əsgərov siyasi partiyalar və QHT-lərlə bağlı qanunlara ediləcək dəyişikliklərlə bağlı açıqlama verib. Lent.az-ın məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, siyasi partiyalar və QHT-lərlə əlaqədar qanunlara ediləcək dəyişikliklər ölkə konstitusiyasına uyğun şəkildə aparılır. Vitse-spikerin sözlərinə görə, bu qanunlara ediləcək dəyişikliklərdə heç bir qeyri-adi vəziyyət yoxdur. Z.Əsgərov deyib ki, dəyişikliklərdən sonra qanunda göstərilən şərtlərə əməl etməyən QHT-lər qanunvericiliyə uyğun cəzalandırılacaq. Onun sözlərinə görə, qanunla qadağan olunmuş fəaliyyətlə məşğul olan QHT-lərin fəaliyyətinin dayandırılması da istisna deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00