Birləşmiş Ərəb Əmirliyində Heydər Əliyevin anım tədbiri keçirilib
11 Dekabr 2013 17:24 SiyasətBirləşmiş Ərəb Əmirliyində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyeti Heydər Əliyevin vəfatının 10-cu ildonumu ilə bağlı tədbir keçirib. Bu barədə "OLAYLAR"-a məlumat verən cəmiyyətin sədri Samir İmanov deyib ki, tədbirdə iştirak eden, Dubay hökumətinə məxsus ərəb dilində dərc edilən "Al-Bayan" qəzetinin redaktoru qəzetin dekabrın 11-i tarixli nəşrində tədbir haqqında məqalə dərc edib. Məqalədə "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun Heydər Əliyev haqqında fikirləri, onun müstəqil Azərbaycanın çiçəklənməsi istiqamətində atdığı addımlar barədə oxuculara məlumat verilib. Bildirilib ki, ümummilli lider xarici siyasət sahəsində ərəb ölkələri və İslam dünyası ilə əlaqələrə xüsusi əhəmiyyət verirdi. Yazıda Azərbaycan dövlətinin müasir inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərə də toxunulur və qeyd olunur ki, bütün bunlar Heydər Əliyev siyasi kursunun davamı nəticəsində mümkün olur. Məqalədə bir fikir xüsusi vurğulanır ki, Azərbaycanın bu günkü inkişafına görə Azərbaycan xalqı Heydər Əliyevə minnətdardır və onun əziz xatirəsini hər zaman uca tutur.