Heydər Əliyev ədalətli rəhbər olub

"Azərbaycan xalqının Heydər Əliyev kimi lider yetişdirməsi fenomenal hadisədir. Heç bir xalq milli qürur mənbəyinə çevrilmiş övladını unutmaz". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri  baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. Bildirib ki, Heydər Əliyev hər zaman ədalətli lider, ədalətli rəhbər nümunəsi olub: "O, həmişə ədalətli qərarlar verib. "Qoy həmişə ədalət zəfər çalsın" deyimi də onun təkcə platforması deyildi, qəlbinin səsi, milli dəyərlərə sadiqliyinin ifadəsi idi. Ona görə də o, hər zaman hər bir vətəndaşın qəlbində ədalətli rəhbər obrazı yarada bilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00