ASEAN-ın Bali Müqaviləsinə dörd Avropa ölkəsi qoşulub- ÖZƏL

Litva, Polşa, Rumıniya və İsveç Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə (Bali Müqaviləsi) qoşulublar. Olaylar.az xəbər verir ki, bu barədə ASEAN-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qoşulma sənədlərinin imzalanma mərasimi iyulun 24-də Filippinin paytaxtı Manilada keçirilən ASEAN Xarici İşlər Nazirlərinin 59-cu iclası çərçivəsində baş tutub. Mərasimdə ASEAN-ın baş katibi Kao Kim Horn iştirak edib.
Dörd ölkənin qoşulması ilə Bali Müqaviləsini imzalayan dövlətlərin sayı 62-yə çatıb. ASEAN qeyd edib ki, müqavilənin imzalanmasının 50 illiyinə təsadüf edən bu addım sənədin aktuallığını və təşkilatın dialoq tərəfdaşları üçün artan əhəmiyyətini bir daha nümayiş etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31