Azərbaycan diplomatiyasının uğurlu inkişaf xətti- ÖZƏL

"Müasir beynəlxalq münasibətlər sistemində baş verən dinamik dəyişikliklər dövlətlərin xarici siyasət prioritetlərinin daim yenilənməsini zəruri edir". "Olaylar" xəbər verir ki, bunu Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şuşa Rayon Komitəsinin Sədri Arif Dostiyev deyib: "Belə mürəkkəb geosiyasi şəraitdə yalnız düşünülmüş və milli maraqlara söykənən diplomatik kurs həyata keçirən ölkələr beynəlxalq aləmdə mövqelərini möhkəmləndirə bilirlər. Azərbaycan da son illərdə məhz bu prinsiplərə əsaslanan xarici siyasət modeli ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatik fəaliyyət ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə və yeni tərəfdaşlıqların formalaşmasına mühüm töhfə vermişdir. Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə bərabərhüquqlu münasibətlər qurması onun regional əhəmiyyətini daha da artırmışdır. Avropa dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi də xarici siyasətin əsas istiqamətlərindən biri kimi xüsusi yer tutur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31