Azərbaycan mediası qlobal informasiya məkanındakı mövqeyini daha da gücləndirir- ÖZƏL

"Milli mətbuatımız ötən dövr ərzində maarifçilik ənənələrinin formalaşmasına, milli düşüncənin inkişafına, dövlətçilik ideyalarının möhkəmlənməsinə və cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına mühüm töhfələr verib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi media siyasəti nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilmiş, 1998-ci ildə senzuranın ləğvi ilə milli mətbuatın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək media sahəsində institusional islahatlar, rəqəmsal transformasiya və peşəkar jurnalistikanın inkişafı istiqamətində mühüm nəticələr əldə edilmişdir.

Bu gün Azərbaycan mediası dövlətçilik maraqlarının müdafiəsində, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, cəmiyyətin operativ və etibarlı informasiya ilə təmin edilməsində mühüm rol oynayır. Şuşa Qlobal Media Forumu kimi nüfuzlu platformalar isə ölkəmizin qlobal informasiya məkanındakı mövqeyini daha da gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31