YAP ölkənin ən böyük siyasi qüvvəsinə çevrilib- ÖZƏL
14:26 Siyasət"Ümummilli Lider Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi qüvvəsinə çevrilib və hazırda partiyanın 760 minə yaxın üzvü var". "Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev deyib: "Üzvlərin əhəmiyyətli hissəsini gənclər təşkil edir və onlar Azərbaycanın tarixi Zəfərinin qazanılmasında mühüm rol oynayıblar. Hazırda partiyanın sosial şəbəkələrdə fəaliyyətinin daha sistemli, məqsədyönlü və koordinasiyalı şəkildə qurulması vacib şərtdir. Verilən tapşırıqların icrasında məsuliyyətin artırılması və işlərin vaxtında yerinə yetirilməsi də xüsusi əhəmiyyət daşıyır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31