Tovuz döyüşləri xalqımızın iradəsini, ordumuzun nümayiş etdirdi- ÖZƏL
11:51 Siyasət"2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri xalqımızın iradəsini, ordumuzun gücünü və qələbəyə olan inamını bütün dünyaya nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Həmin döyüşlər 44 günlük Vətən müharibəsinə gedən yolda mühüm mərhələ oldu və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam təmin olundu.
Bu gün şəhid General-mayor Polad Həşimovun, Polkovnik İlqar Mirzəyevin və Vətən uğrunda canından keçən bütün qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anırıq. Onların göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq. Tovuz döyüşlərinin Azərbaycan tarixində xüsusi əhəmiyyəti var. Belə tarixlərin təbliği gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində vacib rol oynayır. Hazırda işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin nə qədər qüdrətli olduğunu bir daha sübut edir. İnanıram ki, həyata keçirilən anım tədbirləri gənc nəslin milli ruhda formalaşmasına, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına və dövlətçilik dəyərlərimizin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək".