Netanyahunu saxlamağa səlahiyyətimiz çatmır - Nyu-York meri

Nyu-York meri Zöhran Mamdani şəhər rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında İsrailin Baş naziri Binyamin Netanyahunu həbs etmək üçün hüquqi səlahiyyətlərə malik olmadığını bildirib.

Bu barədə o, "X" sosial şəbəkə hesabında etdiyi videomüraciətdə deyib.

"Tamamilə aydındır ki, bu orderi icra etmək üçün bizim müstəqil hüquqi səlahiyyətlərimiz yoxdur. Bununla belə, federal hökumət belə səlahiyyətlərə malikdir və mən onu BCM-yə qoşulmağa və bu orderi icra etməyə çağırıram", - deyə Mamdani bildirib.

Beləliklə, mer faktiki olaraq sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Netanyahu Nyu-Yorka gələcəyi təqdirdə onun həbs olunması imkanının araşdırılması ilə bağlı daha əvvəl səsləndirdiyi təşəbbüsdən geri çəkilib.

Mamdani daha əvvəl bildirmişdi ki, şəhərin hüquq departamenti BCM-nin orderinin icrası üçün mümkün hüquqi mexanizmləri təhlil edir. Lakin ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Binyamin Netanyahu ABŞ-yə səfərləri zamanı heç kim tərəfindən saxlanıla bilməz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31