Moldova MDB çərçivəsində 17 beynəlxalq müqavilədə iştirakını davam etdirmək istəyir- ÖZƏL
12:39 SiyasətMoldova Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində imzalanmış 140 beynəlxalq müqavilədən 17-sinin tərəfi olaraq qalmaq niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin Hüquq Şöbəsi məlumat yayıb.
Məlumata görə, Moldova sözügedən 17 beynəlxalq müqavilə üzrə öhdəliklərini qoruyub saxlamaq istəyini bildirib. Qeyd edək ki, son illərdə Kişinyov rəhbərliyi MDB strukturlarından mərhələli şəkildə uzaqlaşaraq təşkilat çərçivəsində bir sıra sazişlərdən çıxmaq barədə qərarlar qəbul edib. Buna baxmayaraq, ölkə müəyyən istiqamətlər üzrə əməkdaşlığını davam etdirməyi məqsədəuyğun hesab edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31