Arman Abovyan: “Qagik Tsarukyanın təqib olunması tamamilə siyasi xarakter daşıyır” – ÖZƏL
12:35 SiyasətOlaylar.az xəbər verir ki, Çiçəklənən Ermənistan Partiyasının (ÇEP) nümayəndəsi Arman Abovyan partiya lideri Qagik Tsarukyanın həbsini və ona qarşı irəli sürülən ittihamları kəskin tənqid edərək, bu prosesin siyasi motivli olduğunu bildirib. Onun sözlərinə görə, İran iş adamları ilə birgə layihədə Tsarukyanın özü İran məhkəməsi tərəfindən zərərçəkmiş kimi tanınsa da, Ermənistan hakimiyyəti tənqidi fikirlərinə görə ona qarşı siyasi təqib həyata keçirir.
Abovyan vurğulayıb ki, hökumətin bu cür addımları ölkədə mülkiyyət hüququnu və hüquqi dövlət prinsiplərini məhv edir, eyni zamanda xarici investorları ölkədən çəndirir. O, ədalətin gec-tez bərpa olunacağını və beynəlxalq arbitrajların Tsarukyanın xeyrinə qərar çıxaracağını əminliklə qeyd edib.