Maka Boçorişvili: "Almaniya ilə münasibətlərdə müsbət sıfırlama gözləyirik" – ÖZƏL
12:06 SiyasətOlaylar.az xəbər verir ki, Gürcüstanın vitse-baş naziri və xarici işlər naziri Maka Boçorişvili Gürcüstan səfirlərinin etimadnamələrini təqdim etməsi və Almaniyanın ölkəyə yeni səfirinin gəlişi ilə iki ölkə arasındakı münasibətlərin normallaşacağını bəyan edib. O, bu addımların Berlin və Tbilisi arasında dialoqu bərpa etmək üçün yaxşı imkan olduğunu vurğulayıb.
Nazir son zamanlar ikitərəfli əlaqələrdə mənfi dinamikanın müşahidə olunduğunu təəssüflə qeyd edərək, Almaniyanın mühüm tərəfdaş olduğunu və Gürcüstanın bu münasibətləri yenidən düzgün məcrada inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31