Drapatının Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyinatı bir ay gecikə bilər- ÖZƏL

Ukraynada Mixail Drapatının Silahlı Qüvvələrin baş komandanı vəzifəsinə rəsmi təyinatı bir aya qədər gecikə bilər.
Olaylar.az xəbər verir ki, TASS-ın məlumatına görə, buna səbəb ölkədə hazırda səlahiyyətli müdafiə nazirinin olmamasıdır. Qanunvericiliyə əsasən, Prezident Volodimir Zelenski baş komandanı yalnız fəaliyyət göstərən müdafiə nazirinin təqdimatı əsasında təyin edə bilər. Hazırda isə Müdafiə Nazirliyinə müvəqqəti olaraq Yevgeni Xmara rəhbərlik edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31